ICC Beynəlxalq mükafata layiq görüldü.
AZPROMO və KOBİA-nın rəsmi tərəfdaşlığı və "Social Lab"ın rəqəmsal tərəfdaşlığı ilə "Caspian Energy Club" tərəfindən təşkil olunmuş Birinci beynəlxalq “Brand Award International” müsabiqəsində cari il üzrə Azərbaycanın 50 ən tanınmış brendi müəyyən edilib.
Bu barədə "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, müsabiqədə “Brand Award Azerbaijan”nın 50 qalib milli brendi və 100-dən artıq xarici brend iştirak edib. Səsverməyə dünyanın müxtəlif ölkələrindən 1200-ə yaxın respondent qatılıb. Səsvermənin şəffaflığı üçün bütün şərtlərə riayət olunub. Bununla əlaqədar bir qurğudan yalnız bircə dəfə səs vermək mümkün olub.
“Beynəlxalq “Brand Award International” müsabiqəsinin təşkili vasitəsilə biz brendləri 12-dən çox ölkəyə, geniş auditoriyaya təqdim etməyə nail olduq. Beynəlxalq müsabiqədə yerli brendləri daha çox tanıtmaq üçün hər cür şərait yaradılmışdır. Bundan əlavə, müxtəlif beynəlxalq şirkətlər öz rəqəmsal marketinq siyasətlərinə innovasiya tətbiq etmiş, veb-saytlarının işini qaydaya salmış, bəzi hallarda yeniləmiş, sosial şəbəkələrdəki korporativ səhifələrində məlumatları təzələmiş, rebredinq keçirmişlər ki, bu da öz növbəsində onların xidmət və məhsullarına marağın artmasına səbəb olmuşdur. Bu, “Brand Award International” layihəsinin əsas nailiyyətlərindən biridir. Iştirak etmiş bütün brendlərə təşəkkür edirik”, - deyə Telman Əliyev qeyd edib.
ICC “Brand Award International” beynəlxalq brend müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.
Çox baxılanlar
ICC Beynəlxalq mükafata layiq görüldü. 06/04/2022
ICC "Brand Award" Milli Mükafatına layiq görüldü. 03/06/2021
ICC beynəlxalq akkreditasiyadan keçdi 14/09/2021