International Consulting Company - Bank Olmayan Kredit Təşkilatlarında (BOKT) attestasiya imtahanlarının təşkili xidmətini həyata keçirir. Attestasiya imtahanlarının təşkili zamanı imtahan olunacaq bütün sahələr müəyyənləşdirilir. Attestasiya imtahanına cəlb olunacaq hər bir struktur bölmə üzrə ayrı ayrılıqda suallar tərtib olunur. Eyni zamanda, BOKT-un təşəbbüsü olarsa, bankın daxili qaydalarından da suallar tərtib olunur. Hər bir struktur bölmənin sual bölgüləri BOKT-la razılaşdırılır. Attestasiya imtahanında hər bir əməkdaş üzrə "fərdi hesabat" hazırlanır. Fərdi hesabatda mövzular üzrə norma yerinə yetirmə faizləri, mövzu üzrə qiymətləndirmə əks olunur.
Diaqnostik qiymətləndirilmə keçirilmiş BOKT-larda əvvəlki imtahan nəticəsi ilə, Attestasiya imtahanının nəticəsi arasındakı artma və azalma templəri də hesabatda əks olunur.
Qiymətlər - qarşlıqlı razılaşma əsasında müəyyən edilir.