Bankın komplayens işçisi Təlimdə kimlər iştirak edə bilər: Karyerasını komplanyens sahəsində qurmaq istəyən şəxslər
Təlimçi: proqram tam olaraq
Aysel Xəlilova tərəfindən tədris olunur
Təlimin davam etmə müddəti: 1 ay, 8 dərs, 24 saat
Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (zoom platforması üzərindən)
Tədris dili: Azərbaycan dili
Təlimin qiyməti: Online - 400 AZN (vergi daxil)
Ofis rejimi – 500 AZN (vergi daxil)
Ödənişə daxildir:1) Digital Sertifikat - ACTD, ISO 9001-2015; ISO 29993-2017 loqosu ilə
2) Təlim materialları
3) Video recording (online olduqda)
4) Coffee break (ofis olduqda)
Təlim proqramı:Blok 1: ƏL/TMM və Hədəfli maliyyə sanksiyaları haqqında Qanun
1) ƏL TMM əsas anlayışlar
2) ƏL/TMM sahəsində önləyici tədbirlər
3) Monitorinq olunmalı əməliyyatlar
4) Hədəfli maliyyə sanksiyaları haqqında əsas anlayışlar
5) Azərbaycan Respublikasında virtual aktivlərlə əməliyyatların aparılması Qaydası
Blok 2: Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər
1) Daxili qayda və prosedurlar, nəzarət mexanizmləri və onların inkişaf planlarına dair tələblər
2) Öhdəlik daşıyan şəxsin institusional risk qiymətləndirilməsi metodologiyası və prosedurları
3) Komplayens sistemi və məsul şəxsə dair tələblər
4) İşəgötürmə prosesi və işçilərə təlimlərin keçirilməsinə dair tələblər
5) Müstəqil audit mexanizminə dair tələblər
Blok 3: Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qrupları
1) Müştəri uyğunluğu tədbirləri çərçivəsində eyniləşdirmə tədbirləri
2) Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları və müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası
3) Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri
4) Müştəri uyğunluğu tədbirləri çərçivəsində verifikasiya tədbirləri
5) Yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirləri
6) Müştəri uyğunluğu tədbirlərinin davamlı tətbiqi
Blok 4: Öhdəlik daşıyan şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi
1) Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalı məlumat və sənədlər
2) Məlumat və sənədlərin Maliyyə Monitorinqi Xidmətinə təqdim edilmə üsulu, müddətləri və geri qaytarılması
3) Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu
4) Şübhəli əməliyyatlar barədə məlumatların təhlili
5) ŞƏM-in hazırlanmasına və təqdim edilməsi
6) Xüsusi indikatorlar