ISO 29993:2017 standartı nədir?
ISO 29993:2017 rəsmi təhsildən kənar təhsil xidmətləri üçün tələbləri müəyyən edən ümumi beynəlxalq keyfiyyət standartıdır. Bu standart keyfiyyətli təhsilin həyata keçirilməsi üçün minimum beynəlxalq tələblərin təmin edilməsi yolu ilə bazarda şəffaflığı və inamı artırmaq məqsədilə hazırlanmışdır.
ISO 29993: 2017 formal təhsil sisteminin bir hissəsi kimi təhsil xidmətləri göstərən məktəblərdə, kolleclərdə və universitetlərdə tətbiq edilmək üçün nəzərdə tutulmayıb, lakin bununla yanaşı o, özünü qiymətləndirmə aləti olaraq həmin müəssisələr üçün faydalı ola bilər.
ISO 29993:2017 Beynəlxalq sertifikatın faydaları nədir?ISO 29993 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 9001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.
ISO 29993:2017 standartına görə sertifikatlaşdırma təşkilata:
- reklam da daxil olmaqla təhsil alan şəxslərə təqdim olunan məlumat, təhlil və qiymətləndirmədən idarət müxtəlif təhsil xidmətlərinin elementlərinin uzlaşdırılması yolu ilə təhsil xidmətlərinin effektivliyinin, səmərəliliyinin və şəffaflığının artırılması;
- təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsi;
- xidmət tədarükçüsünə inam və etibarın artması;
- təhsil xidmətlərinin etibarlılığının və keyfiyyətinin nümayiş etdirilməsi
kimi fayda və üstünlükləri təmin edir.