ISO 22000:2018 standartı nədir? ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi ilə təhlükəsiz və güvənli qidaların istehsalı və təmini sağlıq qidalanmasını təsdiqləyən beynəlxalq standartdır. Bu məqsədlə günümüzdə istehsalçılar, topdan və pərakəndə satış təşkilatlarının daxil olduğu müxtəlif qruplar, akademiyalar və rəsmi qurumlar tərəfindən müxtəlif kontrol metodları və yanaşmaları inkişaf etdirilmişdir ki, bunlardan biri də ISO 22000 Qida Təhlükəsizliyi Standartıdır.
ISO 22000:2018 Standartının qəbul olunması üçün təhlükəsiz qida istehsalı üçün xammaddələr, qatqılar, köməkçi digər maddələr və qablaşdırma vəsaitlərinin istehsalından başlayaraq tədarükçülərin seçimi və dəyərləndirilməsi, müəssisəyə qəbulunu, istehsal mərhələlərini, son saxlama və çatdırılma daxil olmaqla nəzarət altında saxlayan bir yanaşmanın lazımlılığı ortaya çıxmışdır. ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı və HACCP (Hazard Analysis and Critical Control Points - Təhlükə Analizləri ve Kritik Nəzarət Nöqtələri) Sistemi bu yanaşmalardan biridir.
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin əsas yanaşması istehlakçının qida qaynaqlı xəstəliklərə məruz qalmaması üçün inkişaf etdirilmiş,qida zənciri içərisindəki bütün prosesləri kontrol altında tutan önləyici bir sistemin şirkətlərdə tətbiq edilməsidir. Şirkətlərdə ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi istehsal nəzarəti, məhsul nəzarəti, avadanlıq nəzarəti (baxış və gigiyena), çalışan və ziyarətçi gigiyenası, daşıma, anbara saxlama, məhsul məlumatı, tədris, tədarükçü seçimi və dəyərləndirilməsi, əlaqələr və oxşar mövzuları əhatə edir.
Qida sənayesində hər bir qurum öz nəzarəti altında ISO 22000:2018 qida təhlükəsizliyi standartını təmin edəcək şəraiti reallaşdırmalıdır.
ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin faydaları nələrdir ?- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi qida gigiyenası istehlakçıların qida təhlükəsizliyi ilə əlaqədar tələblərinin hamısının qarşılanması
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq səviyyədə tanınan bir sistem olması səbəbiylə ixracatda rahatlığın təmin olunması
- ISO 22000:2018 Standartı tətbiq olunduqdan sonra məhsulun geri toplama riskinin minimuma endirilməsi
- ISO 22000 Standartının təlimatlandırılması ilə işçilərin iş məhsuldarlığının və məmnuniyyətinin artımı
- ISO 22000 Standartının təlimlərinin keçirilməsi ilə işçilərin gigiyena və qida təhlükəsizliyi mövzusunda məlumatlılıq səviyyəsinin artması
- ISO 22000:2018 Standartının şərtləri daxilində prosesə nəzarətin sənədlərlə sübut olunmasına imkanın yaradılması
- ISO 22000:2018 Standartının tətbiqi ilə qida zəhərlənmələri və ölüm risklərinin minimuma edilməsinin təmin edilməsi
- ISO 22000:2018 Standartının tələbi ilə qanunvericiliyə uyğunluğun təmin edilməsi
- Rəsmi yoxlamalarda qarşıya çıxan problemlərin ISO 22000:2018 Standartının dəstəyi ilə minimuma endirilməsi
- Qida israfının (qida pozulmaları, və s.) və bu israfdan qaynaqlanan xərclərin minimuma endirilməsi ISO 22000:2018 Standartının əsas prioritetlərindən biridir
- İş mühitində yaxşılaşma ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartının əsas funksiyalarından biridir
- Müştəri güvəninin və məmnuniyyətinin təmin edilməsi ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi sayəsində mümkün olur
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatının olması satışda rəqiblərin önünə keçilməsinə kömək edir
- Məhsul itkisinin ən aza endirilməsi ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiqindən sonra mümkün olur
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiqi zamanı məhsulun təhlükəsizlik problemlərinin qarşısının alınması mümkün olur
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi səhv edərək qazanılan təcrübəyə güvənməkdən çox potensial təhlükələrin öncədən xəbər verilməsinin təmin edir
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi qida müəssisələrinə etibarlı qida istehsalında qanuni çətinlikləri qarşılamaq üçün etibarlılığı təmin edir
- Effektiv yanaşma, təkmilləşməyə sistematik yanaşma ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tətbiqi ilə mümkündür
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin qida zəncirinin hər mərhələsində istifadə imkanı mövcuddur
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin ənənəvi yoxlama və nəzarət sistemlərindən daha təsirli olması
- ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi FAO / WHO tərəfindən təsdiqlənmiş etibarlı bir idarəetmə sistemi modelidir.