ISO 21001:2018 standartı nədir?ISO 21001:2018 təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq keyfiyyət standartıdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və müştərilərin ehtiyac və gözləntilərinin təmin edilməsini təmin etmək üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinin fəaliyyətlərini öz missiyaları və baxışları ilə səmərəli şəkildə qurulması məqsədi daşıyır.
ISO 21001:2018 standartı uşaq bağçasından ali təhsil müəssisələrinə, peşə tədris mərkəzlərinə və elektron tədrisə qədər bütün növ təhsil müəssisələrində tətbiq edilə bilər.
ISO 21001: 2018 Beynəlxalq sertifikatın faydaları nədir? ISO 21001:2018 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001:2018 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir.
ISO 21001: 2018 standartına görə sertifikatlaşdırma təşkilata:
- təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsi;
- idarəetmənin səmərəliliyinin artması;
- təhsil missiyasının, vizionun, məqsədlərin və fəaliyyət planlarının daha yaxşı uyğunlaşdırılması;
- hər kəs üçün ədalətli keyfiyyətli təhsil imkanlarının təşviq edilməsi;
- effektivliyi və səmərəliliyi nümayiş etdirmək və artırmaq üçün ardıcıl proseslər və qiymətləndirmə alətlərinin əldə edilməsi
kimi fayda və üstünlükləri təmin edir.