ISO 27001:2022 standartı nədir? ISO 27001:2022 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi təşkilati informasiya təhlükəsizliyinin təmin olunmasında insanları, prosesləri və informasiya sistemlərini əhatə edən və üst rəhbərlik tərəfindən dəstəklənən bir idarəçilik sistemidir.
ISO 27001:2022 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi təşkilati quruluşu, siyasətləri, planlaşdırma fəaliyyətlərini, məsuliyyətləri, tətbiqləri, prosedurları, prosesləri və qaynaqları əhatə edir.
ISO 27001:2022 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?- Doğru, təhükəsiz və lazımı məlumatları təmin edir
- Əlavədən iş yükü və lazımsız zaman itkisinin qarşısını alar
- Riskləri minimumlaşdırar
- İşin davamlılığını təmin edər
- İnformasiyaların gizliliğinin qorunmasını təmin edər
- Təşkilat daxilində məlumat sistemləri və zəifliklərin necə qorunacağı təmin olunur
- İnformasiyanın və metodların doğruluğunun və bütünlüyünün qorunması, dəyişməməsini təmin edir
- Qanuni tərəflərin məcburi etdiyi kriteriyalar təmin edilmiş olur.
- İnformasiyaya hücumların qarşısı alınır
- Rəqabət üstünlüyü təmin edir
- Sahib olduğu dəyərli məlumatları qoruya bilmək: Quracağı nəzarət tədbirləri ilə təhlükəsizlik metodlarını müəyyənləşdirər və icra edərək qoruyar
- İnformasiyanı bir sistem sayəsində qoruyur, təsadüflərə yer vermir
- Çalışanların motivasiyasını artırır
- Yüksək prestiji təmin edər