ISO 14001:2015 Ətraf Mühit idarəetmə Sistemi nədir?ISO 14001: 2015 təşkilatın ətraf mühiti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. ISO 14001 Standartı özündə çevrəyə, torpağa, suya, havaya verilən zərərlərin minimuma endirilməsini məqsədini qoyan bir standartdır. Bu standart Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 207 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 14001: 2015 təşkilatların resurslardan effektiv istifadə edilməsi və tullantıların azaldılması hesabına özlərinin ətraf mühit performasını artırmasına, eyni zamanda rəqabət üstünlükləri əldə etməsinə və maraqlı tərəflərin inam və etibarını qazanmasına kömək edir.
ISO 14001: 2015 ətraf mühit, təşkilatın özü və maraqlı tərəflər üçün dəyər kəsb edən təşkilatın ətraf mühiti idarəetmə sisteminin nəzərdə tutulan nəticələrə nail olmasına imkan yaradır.ISO 14001: 2015 standartı təşkiltın resurslardan effektiv istifadə etmək və tullantıları azaltmaq yolu ilə özünün ətraf mühit performansının artırılmasına nail olmaq, həmçinin ətraf mühitin mühafizəsi ilə bağlı normativ əsası təmin etmək üçün lazımdır.
ISO 14001:2015 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?- ISO 14001:2015 ilə milli və ya beynəlxalq qanunvericiliyə uyğunlaşmanın yaxşılaşması.
- ISO 14001:2015 ilə ekoloji performansın artması.
- Bazar strategiyalarında fərq.
- ISO 14001:2015 sayəsində beynəlxalq rəqabətdə üstünlük.
- Müəssisədə etibar və bazar payında yaxşılaşma.
- Xərc nəzarətinin inkişaf etdirilməsiylə xərclərin azaldılması və məhsuldarlığın artması.
- ISO 14001:2015 nəticəsində fövqəladə vəziyyətlərə və qəzalara qarşı hazırlıq edərək məsuliyyətlə nəticələnən qəza və s. hadisələrin ciddi nisbətdə azalması
- ISO 14001:2015 Standartının tətbiqi ilə çirklənmənin mənbədən başlanaraq nəzarət altına alınması, azaldılması
- ISO 14001:2015 Standartının tətbiqi ilə enerji qənaətinin təmin olunması
- İcazə və səlahiyyət sənədlərinin rahatlıqla alınması
- ISO 14001:2015 Beynəlxalq Sertifikatı bütün dünya tərəfindən bilinən və istifadə edilən ortaq bir dil olduğundan qlobal bazarda qəbul edilməsinin təmin edilməsi
- ISO 14001:2015 tətbiq olunduğunda təşkilat / quruluş fəaliyyətlərinin ətraf mühitə olan təsiri və ətraf mühit riskləri təyin olunaraq nəzarət edilə bilər və bu sayədə ətraf mühitə mənfi təsir ünsürlərinin azaldılması
- ISO 14001:2015 Standartı tətbiq olunduğunda ətraf mühit təsirlərindən qaynaqlanan xərclər düşər
- ISO 14001:2015 Stdandartında ətraf mühit ilə əlaqədar qanunlara və qanunvericiliyə uyğunluq təmin edilər.
- ISO 14001:2015 Standartının tətbiqi zamanı fövqəladə vəziyyətlərdə meydana gələ biləcək ətraf mühit təsirləri azaldılır və ya tamamilə aradan qaldırılır.
- Hüquqi təşkilatlara qanunvericilik və qaydalara riayət olunduğu sənədləşdirilmiş ətraf mühit idarə sistemi sənədi və ISO 14001:2015 Beynəlxalq Sertifikatı sənədi göstərilə bilər.
- ISO 14001:2015 Sertifikatı istər milli, istərsə də beynəlxalq səviyyədə tanınmışlıq təmin edilərək müəssisəyə prestij qazandırır.
- Şirkət personalına verilən ISO 14001:2015 təlimləri sayəsində işçilərdə ətraf mühit ilə əlaqədar məlumatlarının artırılmasına kömək olur.
- Ətraf mühitə zərər verməyən ISO 14001:2015 Sertifikatı olan bir müəssisədə çalışmaq, işçiləri motivasiya edər.
- İstehlakçının ətraf mühit ilə əlaqədar gözləntilərinə cavab verilir və məlumatlı istehlakçılara çatmaq və onları qazanma şansını artırır.
- ISO 14001:2015 Sertifikatı olan şirkətdə resurslar səmərəli istifadə olunur.
- ISO 14001:2015 Sertifikatı olan şirkətdə ətraf mühitə atılan tullantılar minimuma endirilir.