Təlim yalnız korporativ sifariş əsasında təşkil olunur. Təlimin başlanma tarixi, saatı və vaxtı: Təlimin elan olunduğu vaxt və ya korporativ sifariş olduqda qarşılıqlı razılaşma ilə Təlimin davam etmə müddəti: 12 saat Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (zoom platforması üzərindən) Təlim keçirilən ünvan: Bakı şəhəri, C. Cabbarlı 44, (Caspian Plaza, 1-ci korpus, 5-ci mərtəbə) və ya Bakı şəhəri, C. Cabbarlı 40 (Caspian Business Centre, 4-cü mərtəbə, ofis – 407)
II QARABAĞ MÜHARİBƏSİNİN ŞƏHİD AİLƏLƏRİ ÖDƏNİŞDƏN TAM AZAD OLUNURLAR II QARABAĞ MÜHARİBƏSİNİN I QRUP QAZİ AİLƏLƏRİ – KURSUN ÜMUMİ ÖDƏNİŞİNİN 50%-dən AZAD OLUNURLAR
Ödənişə daxildir: 1) Beynəlxalq Sertifikat - ACTD və İSO loqoları ilə. 2) təlim materialları 3) video recording (online olduqda) 4) cofee break (ofis olduqda) Tədris dili: Azərbaycan dili
Məqsəd: Mütəmadi olaraq auditoriya qarşısında çıxış etməli olan, iclaslara və işgüzar görüşlərə qatılan, layihə təqdimetmə və ya satışla bağlı olaraq digərlərini inandırma bacarıqlarına ehtiyac olan şəxslərin təqdimat bacarıqlarının yüksəldilməsi.
Təlimin faydası: Təlim iştirakçıları effektiv təqdimatla bağlı ən müasir metod və üsullar haqqında məlumat əldə edəcək, inandırma və güvən qazanma texnikaları haqqında biliklər əldə edəcək, və təqdimat bacarıqlarının daha effektiv olmasına yiyələnəcəklər.
Təlimin keçirilməsi üçün yardımçı vasitələr: - Təqdimat nümunələri ilə bağlı video çarxlar - Müxtəlif spikerlərin uğur səbəbləri haqqında video-təqdimatlar - Effektiv təqdimat bacarıqlarının ən müasir metodlarını özündə əks etdirən elektron təqdimat
Bölmələr I bölmə - Təqdimat bacarıqlarının formalaşmasına təsir edən amillər II bölmə - Şəxsi xarakterin təqdimat zamanı prosesə təsiri III bölmə - Ən müasir və ən effektiv təqdimat üsulları IV bölmə - Təqdimat bacarıqları ilə bağlı praktik məşqlər
Təlimə yazıl
Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz