BOKT-da imtahanların təşkili - Diaqnostik qiymətləndirmə imtahanlarının təşkili
Müraciət et
International Consulting Company - Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) əməkdaşlarının bilik və bacarıqlarının müəyyən edilməsi, təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə "diaqnostik qiymətləndirmə imtahanlarının təşkili" xidmətini göstərir. Diaqnostik qiymətləndirmə imtahanında hər bir işçiyə invidual yanaşılır. Hər bir işçi barəsində fərdi hesabat hazırlanır. Strukur bölmə əməkdaşlarından (kredit işçisi, risk işçisi və s) öz sahəsi üzrə zəruri olan mövzulardan imtahan götürülür. Hər bir mövzu üzrə bilik səviyyəsi qiymətləndirilir. İmtahan nəticəsi əsasında hansı mövzudan aşağı nəticə, hansından isə yüksək nəticə göstərməsi təhlil olunub, fərdi hesabatda qeyd olunur. Fərdi hesabatlar əsasında da təlimə ehtiyacı olanlar müəyyənləşdirilir. Bununla da, BOKT zəruri olmayan təlimlərə xərc ayırmır. Təlim büdcəsinə qənaət etməklə, yalnız zəruri olan mövzular üzrə əməkdaşları təlimlərə cəlb edə bilər.