Bankın professional komplayens işçisi
Müraciət et
YENİ PROQRAM
GƏNCLƏR GÜNÜNƏ ÖZƏL
50% ENDİRİM!
BANKIN PROFESSİONAL KOMPLAYENS İŞÇİSİ



Təlimdə kimlər iştirak edə bilər: istənilən şəxs 
Təlimin başlanma tarixi: 14 fevral 2026-cı il
Təlimin davam etmə müddəti: 1 ay, 24 saat
Təlim günü və saatı: şənbə və bazar günləri saat 15:00-dan 18:00-dək
Təlimin keçirilmə üslubu: ofis rejimi və ya online (zoom platforması üzərindən)
Tədris dili: Azərbaycan dili
Təlim keçiriləcək ünvan: Bakı şəhəri, C.Cabbarlı 44, Caspian Plaza (1-ci korpus, 5-ci mərtəbə) 
Qeyd: Təlimlər arasında toqquşma yaranarsa, təlim - Bakı şəhəri, İnşaatçılar pr. 33A (ICC İzmir filialı - İzmir parkının yanı) yerləşən filialımızda keçiriləcək.
Online: Zoom platforması üzərindən


Təlimin qiyməti (vergi daxil):
OFİS və ONLİNE: 500 AZN 
*50% ENDİRİMLƏ - 250 AZN*


Ödənişə daxildir:
1) Digital Sertifikat - ACTD, ISO 9001-2015; ISO 29993-2017 loqosu ilə 
2) təlim materialları
3) video recording (online olduqda)
4) coffee break (ofis olduqda)

Qeyd: Çap olunmuş sertifikat və ya çap olunmuş diplom əldə etmək istəyən şəxslər hər biri üçün əlavə 25 manat ödəniş etməlidirlər. (Çap olunmuş sertifikatdan imtina üçün ödənişlidir, digital sertfikatın təşviqi üçün)


YEKUN İMTAHAN NƏTİCƏSİNƏ GÖRƏ QRUP ÜZRƏ 
1-ci yer tutan XİM (xüsusi istedadlı məzun) diplomu, Tövsiyyə məktubu və ya Fəxri Fərman
2-ci yer tutan FƏXRİ FƏRMAN
3-cü yer tutan FƏXRİ FƏRMAN

PROQRAM:

MODUL 1. ƏL/TMM əsasları və sanksiya risklərinin idarə olunması
Dərs 1. ƏL/TMM və beynəlxalq uyğunluq ekosistemi: Banklar üçün praktik baxış
- ƏL/TMM üzrə əsas anlayışlar və konseptual çərçivəFATF tövsiyələri, Basel və Wolfsberg prinsipləri
- Yerli qanunvericilik tələbləri
Dərs 2. Hədəfli maliyyə sanksiyaları və sanksiya rejiminə nəzarət
- Hədəfli maliyyə sanksiyalarının mahiyyəti və məqsədi
- BMT, AB, OFAC və yerli sanksiya rejimləri
- Sanksiya risklərinin idarə olunması

MODUL 2. Banklarda daxili nəzarət və komplayens sisteminin təşkili
Dərs 3. Daxili nəzarət və komplayens sisteminin təşkili

- Bank daxili qayda və prosedurlarının strukturu
- “Three Lines of Defense” modeli
- Komplayens üzrə məsul şəxs və idarəetmə sistemi
- Daxili audit və müstəqil nəzarət mexanizmləri
- İnkişaf və təkmilləşdirmə planları
Dərs 4. İnstitusional risk qiymətləndirilməsi və komplayens risklərinin monitorinqi
- Risk əsaslı yanaşma konsepsiyası
- Müştəri, məhsul, xidmət, əməliyyat, çatdırılma kanalı və coğrafi risklərin qiymətləndirilməsi
- İnstitusional risk qiymətləndirilməsi metodologiyası
- Komplayens risklərinin monitorinqi

MODUL 3. Müştəri riskinin formalaşması və müştəri uyğunluğu tədbirlərinin icrası
Dərs 5. Müştəri profillərinin formalaşdırılması və risk seqmentasiyası

- Müştərilərin eyniləşdirilməsi və verifikasiya tələbləri
- Benefisiar mülkiyyətçinin müəyyən edilməsi metodologiyası
- Aşağı, orta və yüksək risk kateqoriyalı müştərilərə dair tələblər
- Davamlı monitorinqin aparılması
Dərs 6. Müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsi
- Sadələşdirilmiş və gücləndirilmiş müştəri uyğunluğu tədbirləri
- Elektron köçürmələr zamanı müştəri uyğunluğu tədbirləri
- Yeni texnologiyanın tətbiqi zamanı müştəri uyğunluğu tədbirləri

MODUL 4. Monitorinq sistemi, şübhəli əməliyyatların araşdırılması və hesabatlılıq
Dərs 7. Əməliyyatların monitorinqi və məlumat mübadiləsinin aparılması

- Avtomatlaşdırılmış monitorinq sistemləri
- Monitorinqə cəlb edilən əməliyyat kateqoriyaları
- Maliyyə Monitorinqi Xidmətinə məlumatların təqdim edilməsi qaydaları

Dərs 8. Şübhəli əməliyyatların təhlili və hesabatlılıq
- SAR keyfiyyət qiymətləndirməsi və xüsusi indikatorlar
- Daxili araşdırma və eskalasiya prosesi
- SAR hesabatının təqdimatı və əsaslandırılması
- Praktiki case studies və simulyasiyalar

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz