Daxili təlimçilərin hazırlanması xidməti
Müraciət et
Daxili təlimçilərin hazırlanması bankın (müəssisənin) uğuru üçün kritik bir prosesdir. Effektiv bir daxili təlimçi hazırlamaq üçün aşağıdakı mərhələlərlə "daxili təlimçilərin hazırlanması" xidmətini göstəririk:

1. Ehtiyacların təhlili
- Təlimin məqsədini və təlimçinin rolunu müəyyənləşdirik.
- İşçilərin və komandanın ehtiyaclarını dəyərləndiririk.
- Hansı bacarıq və biliklərin təlimçi tərəfindən tələb olunduğunu təyin edirik.

2. Namizəd seçimi
- Təlimçi olmaq üçün potensialı olan işçiləri seçirik
- Güclü kommunikasiya, liderlik və problem həll etmə bacarıqları olan şəxslərə üstünlük veririk.

3. Təlimçi hazırlıq proqramı
- Texniki biliklərini qiymətləndiririk: Təlim sahəsinə dair dərin biliklərini yoxlayırıq. Diaqnostik imtahan edirik.
- Təlimçilər üçün Təlim (TOT) sertifikasiya təlimindən keçirdirik.

4. Praktik təlimlər
- Təlimçilərə real və ya simulyasiya olunmuş şəraitdə məşq etmək imkanı yaradırıq.
- Təlim proqramlarını təqdim etməzdən əvvəl pilot sessiyalar təşkil edirik.
- Geri bildirimlər əsasında inkişaf etdirici addımlar atırıq.

5. Mentorluq və dəstək
- Təcrübəli təlimçilərimiz tərəfindən mentorluq təmin edirik.
- Dəstək resursları (təlim materialları, texnologiyalar və s.) təqdim edirik.

6. Performansın qiymətləndirilməsi
- Təlimçinin təlimlərdəki uğurunu və iştirakçıların inkişafını qiymətləndiririk.
- Mütəmadi olaraq inkişaf üçün rəy və təkliflər veririk.

Bu proseslər həm işçilərin inkişafına, həm də şirkətin ümumi effektivliyinə töhfə verir. Daxili təlimçi olmaq yalnız bir bacarıq deyil, həm də davamlı inkişaf tələb edən bir prosesdir.

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz