Kredit mütəxəssislərinin hazırlığı
Müraciət et

Kredit mütəxəssislərinin hazırlığı


Təlimin hədəfi:

1.Yeni işə götürülmüş kredit mütəxəssislərinin və ya bankda (BOKT) kredit mütəxəssisi kimi işə qəbul olmaq istəyən namizədlərin hazırlaması
2.Təcrübəli bank işçilərinin bilik və bacarıqlarını təkminləşdirməsi 

Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 8 həftə (2 ay), ümumi tədris yükü 32 saatdır. Hər təlim həftədə 2 dəfə olmaqla, 4 saat tədris olunur.
 
Təlim iştirakçılarının sayı:
Təlimlər qrup şəkilində tədris olunur.
 
Təlimin qiyməti:
Təlimin ümumi dəyəri (32 saat, 2 ay) üzrə, 520 AZN (vergi daxil)
 
Təlim günləri: Şənbə, bazar və ya həftə içi
Vaxt: təlim elan olunan vaxt

Tədris dili: Azərbaycan dili

Təlimin məzmunu və təlim proqramı:
Təlim proqramı kredit anlayışından başlayaraq, qanunvericilik tələblərindək kredit mütəxəssisinin bilməsi zəruri olan bütün sahələri özündə əks etdirir. Təlim materialları banklarda və BOKT-larda  kredit sahəsinə aid olan normativlərdən, prinsiplərdən, qanunvericilikdən və pratiki sənədlərdən hazırlanmışdır.
Təlimdə iştirakçılara aşağıdakı mövzular tədris oluncaq:
-  Kredit sikli (dövrü) və kredit şərtləri
-  Kredit mütəxəssisinin vəzifə öhdəlikləri
-  Məsuliyyətli borclanma və sağlam kreditləşmə
-  Birbaşa marketinq (Direct marketinq) və ilk kontakt (first contact)
-  Kreditin qiymətləndirilməsi
-  Maliyyə təhlili – Balans (Balance)
-  Maliyyə təhlili - Mənfəət və zərər (Profit and Loss)
-  Maliyyə təhlili - Pul vəsaitlərinin hərəkəti (Cash flow)
-  Müqayisəli təhlil və maliyyə əmsalları
-  Memorandumun hazırlanma prinsipləri
-  Çarpaz yoxlamalar (Cross checking)
-  Məlumatların 5 mərhələli yoxlama üsulları
-  Kredit prosesində mövcud olan risklərlə yaxından tanışlıq
-  Kreditin təminatı – Girov, girovun növləri
-  Kreditin təminatı – İpoteka, sonrakı ipoteka, ipotekanın əlavə qeydiyyatı
-  Kredit Komitəsi
-  Kreditin sənədləşdirilməsi
-  Kreditə nəzarət (kreditin idarəedilməsi) və monitorinq
-  Problemli kreditlərlə iş
 
Təlim materialları ödənişə daxildir.

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz