logo

Uğurlu inkişafın təminatçısı !

  • 012 408 78 49

  • office@icc.az

  • AGA Center, 6-cı mərtəbə, ofis 608

  • Bakı ş, Xocalı prospekti 55

Sualınız var ?

Hər hansı bir sual və ya təklifiniz varsa elə indi bizimlə asanlıqla əlaqə qura bilərsiniz.

ƏLAQƏ SAXLA

Ramin Z. Bayramov


Direktor

1983-cü ilin noyabr ayında Göyçə mahalının Zərkənd kəndində anadan olmuşdur.

Təhsili:
 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə təhsil almışdır.
2007-2009-cu illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini “Maliyyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunu “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə  fəlsəfə doktorluğu (doktorant) üzrə elmi fəaliyyətini davam etdirmişdir.

Əmək fəaliyyəti:
2007-2008-ci illərdə “Parabank” ASC-nin “Əzizbəyov” filialında kiçik məsləhətçi kimi fəaliyyətə başlamışdır.
2008-2009-cu illərdə “Parabank” ASC-nin “Əzizbəyov” filialında məsləhətçi kimi çalışmışdır.
2009-cu ilin aprel ayından iyul ayınadək “Bank of Azerbaijan” ASC-də “Korporativ müştərilərin kreditləşməsi üzrə mütəxəssis” kimi  fəaliyyətini davam etdirmişdir.
2009-cu ilin iyul ayından – 2017-ci ilin oktyabr ayınadək “Amrahbank” ASC-nin “İnqilab” filialının direktoru vəzifəsində çalışmışdır.
2017-ci ilin oktyabr ayından indiyədək – “Amrahbank” ASC-nin “Biznesin İnkişafı və Marketinq Departamenti”nin “Strateji Planlaşdırma şöbə”sinin rəisi vəzifəsində çalışır.
2017-ci ilin aprel ayından indiyədək – “İnternational Consulting Company” MMC şirkətinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir.

Pedoqoji fəaliyyəti:
2007-ci ildən müxtəlif təlim mərkəzlərində təlimçi kimi fəaliyyət göstərmişdir.
2013-cü ilin sentyabr ayından indiyədək “Odlar Yurdu Universiteti”nin Magistratura şöbəsində müəllim kimi çalışır.
2015-ci ilin iyul ayından indiyədək “İnternational Consulting Company” MMC-də paralel olaraq təlimçi kimi fəaliyyətini  davam etdirir.
2016-cı ilin fevral ayından 2016-ci ilin oktyabr ayınadək “Azərbaycan Dövlət İqtisad Universiteti”nin MBA Departamentində müəllim kimi fəaliyyət göstərmişdir. Eyni zamanda “Azərbaycan Turizm və Menecment Universiteti”ndə də müəllim kimi çalışmışdır.
2017-ci ilin sentyabr ayından indiyədək “Azərbaycan Dövlət İqtisad Universiteti”nin “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”ndə müəllim kimi fəaliyyətini davam etdirir.
2018-ci ilin yanvar ayından etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin təlimçisi kimi fəaliyyət göstərir.
“Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifidir.