ISO 50001:2018
Müraciət et
ISO 50001:2018 standartı nədir?

ISO 50001:2018 enerji idarəetmə sisteminin qurulması, tətbiqi və yaxşılaşdırılmasına tələbləri müəyyən edən beynəlxalq standartdır. ISO 50001:2018 standartının tətbiqi müəssisə və təşkilatlarda performansın və rəqabət qabiliyyətinin artırılmasına, enerjiyə qənaət edilməsinə, resurslardan səmərəli istifadə və xərclərin azaldılmasına imkan yaradır. Enerji idarəçiliyi təhlükəsizlikdən, istehsalın keyfiyyət və miqdarından, ətraf mühit məsuliyyətlərindən güzəşt etmədən enerjinin səmərəli istifadəsidir. ISO 50001:2018 Enerji İdarəetmə Sistemi standartı təşkilatların enerji səmərəliliyini artırmaq üçün lazımlı olan proses və sistemləri yaratmalarını, bu proses və sistemlərin tətbiqini və davamlılığını təmin etməkdədir.

ISO 50001:2018 Beynəlxalq Sertifikatının faydaları nələrdir ?
  • İcra edilən layihələrin köməyi ilə enerji istehlakını azaldır 
  • Enerjidən qaynaqlanan məsrəfləri nəzarət altında tutur və xərcləri azaldır
  • Mövcud cihaz və avadanlıqların istifadəsini nəzarət altında tutar 
  • Enerji istehlakının izlənməsi yolu ilə performans haqqında informasiya əldə edilməsini təmin edir 
  • Səmərəliliyin artırılması və qanunlara uyğunluğunu təmin edir
  • İctimaiyyət içərisində imici artırır
  • İstixana effekti qazlarının azaldılmasıni təmin edir
  • Digər idarəetmə sistemi standartları ilə inteqrə edilməsi halında resurs istehlakını daha da azaldar

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz