dosent Ramin Bayramov

Təsisçi və Direktor

Təhsili:
 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin  “Biznesin təşkili və idarəedilməsi” ixtisası üzrə təhsil almışdır.
2007-2009-cu illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin magistr pilləsini “Maliyyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2013-2015-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnsitutunu “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə  fəlsəfə doktorluğu (doktorant) üzrə elmi fəaliyyətini davam etdirmişdir.

Əmək fəaliyyəti:
2007-2008-ci illərdə “Parabank” ASC-nin “Əzizbəyov” filialında kiçik məsləhətçi 
2008-2009-cu illərdə “Parabank” ASC-nin “Əzizbəyov” filialında məsləhətçi 
2009-cu ilin aprel ayından iyul ayınadək “Bank of Azerbaijan” ASC-də “Korporativ müştərilərin kreditləşməsi üzrə mütəxəssis” 
2009-cu ilin iyul ayından – 2017-ci ilin oktyabr ayınadək “Amrahbank” ASC-nin “İnqilab” filialının direktoru 
2017-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək – “Amrahbank” ASC-nin “Biznesin İnkişafı və Marketinq Departamenti”nin “Strateji Planlaşdırma şöbə”sinin rəisi 
2017-ci ilin aprel ayından indiyədək – “İnternational Consulting Company” MMC şirkətinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir.
2019-cu ilin fevral ayından 2020-ci ilin iyul ayına qədər “Amrahbank” ASC-nin “İnsan Resurslarının İdarəedilməsi Departamenti"nin “İnsan resurslarının inkişafı şöbə”sinin rəisi.
2020-ci ilin iyul ayından Azərbaycan Beynəlxalq Bankının İnsan Resurslarının İdarə edilməsi departamentinin daxili təlimçisi.

Pedoqoji fəaliyyəti:
2007-ci ildən müxtəlif təlim mərkəzlərində təlimçi kimi fəaliyyət göstərmişdir.
2013-cü ilin sentyabr ayından 2022-ci ilin may ayına kimi “Odlar Yurdu Universiteti”nin Magistratura şöbəsində müəllim kimi çalışmışdır.
2015-ci ilin iyul ayından indiyədək “İnternational Consulting Company” MMC-də paralel olaraq təlimçi kimi fəaliyyətini  davam etdirir.
2016-cı ilin fevral ayından 2016-ci ilin oktyabr ayınadək “Azərbaycan Dövlət İqtisad Universiteti”nin MBA Departamentində müəllim kimi fəaliyyət göstərmişdir.
2016-cı ildən indiyədək “Azərbaycan Turizm və Menecment Universiteti”nin İqtisadiyyat kafedrasında müəllim kimi çalışır.
2017-ci ilin sentyabr ayından indiyədək “Azərbaycan Dövlət İqtisad Universiteti”nin “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”ndə müəllim kimi fəaliyyətini davam etdirir.
2018-ci ilin yanvar ayından 2018-ci ilin sentyabr ayınadək Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin təlimçisi kimi fəaliyyət göstərmişdir.
2022-ci ildən Odlar Yurdu Universitetinin dosentidir.
“Bank sistemi və bank əməliyyatları testlərlə” kitabının müəllifidir.

Təlim və Təhsil üzrə sertifikatlar:
2023 - cü il BMI Business School Istanbul "Eğiticinin Eğitimi" sertifika programı 
2023 - cü il Ankara Bilim Üniversitesi "Eğiticinin Eğitimi" sertifika programı (45 saat)
2023 - cü il Təhsildə Keyfiyyət Təminatı Agentliyi - Ali təhsil müəssisələrinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları
2023 - cü il Təhsildə Keyfiyyət Təminatı Agentliyi - Xarici keyfiyyət təminatı
2023 - cü il Təhsildə Keyfiyyət Təminatı Agentliyi - Daxili keyfiyyət təminatı
2016 - cı il San Diego State University - Təhsildə müasir idarəetmə metodları, "Yeni texnologiyaların tətbiqi qaydaları"
2016 - cı il International Association of Coaching - Təlimçilər üçün Təlim
2011 - ci il GDG Professionals - Təlimçilər üçün təlim