Aktivlərin təsnifləşdirilməsi və ehtiyyatların yaradılması
Müraciət et
Aktivlərin təsnifləşdirilməsi və ehtiyyatların yaradılması 

Təlimin kimlər üçün nəzərdə tutulub: Risk departamentinin əməkdaşları, daxili auditlər,  kredit işçiləri, anderrayterlər, analitika və hesabat bölməsinin əməkdaşları, ehtiyyatlara nəzarət bölməsinin əməkdaşları, daxili nəzarət departamentinin əməkdaşları, istənilən şəxslər 

Təlimin tarixi və davametmə müddəti: Təlim müddəti 1 gün ərzində, 4 saat tədris olunur. 

Təlim iştirakçılarının sayı: Təlimlər qrup şəkilində tədris olunur. Təlimdə 14 iştirakçı nəzərdə tutulmuşdur. Bir bankdan iştirakçı sayı çox olarsa, həmin bank üçün eyni mövzuda başqa tarixdə həmin təlimi təkrar təşkil etmək mümkündür.  

Təlimin qiyməti: 58 AZN (vergi daxil)

Təlim qiymətinə daxildir:
  • “International Consulting Company” şirkətinin Sertfikatı 
  • Təlim materialları
  • Cofee-break
Tədris dili: Azərbaycan dili 

Təlimin məzmunu və təlim proqramı: “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyatların yaradılması qaydaları” əsasında hazırlanmış təlim materialından əlavə iştirakçılara qaydaların bütün bəndləri misallar və keyslər üzərində tam şərh olunur. Yekunda təlimdən əldə edəcəyi yeniliklər sual-cavab üslubunda müzakirə olunacaq. 

Təlimdə iştirakçılara aşağıdakı hissələr tədris oluncaq: 
  • Aktivlərin təsnifləşdirilməsi
  • Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi
  • İstehlak kreditlərinin, banklararası tələblərin, restrukturizasiya olunmuş aktivlərin, qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun, bank işində istifadə olunmayan aktivlərin (əmlakın), balansdankənar öhdəliklərin təsnifləşdirilməsi
  • Aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz