Universitet və Kollec müəllimləri üçün peşəkar bank işi
Müraciət et
Müəllimlər üçün peşəkar bank işi

Təlimin hədəfi: 
1. Universitet və kollec müəllimləri üçün praktik bank işinin öyrədilməsi
2. Tədris proqramlarının praktik bank əməliyyatlarına uyğunlaşdırılması

Təlimdə kimlər iştirak edə bilər? : Universitet və kollec müəllimləri 

Təlimin davametmə müddəti: 
Proqram 1. Ümumi tədris yükü 16 saatdır. Hər təlim həftədə 2 dəfə olmaqla, hər təlim 2 saat tədris olunur. Yekun, 1 ay -  8 təlim üzrə 16 saat. 
Proqram 2. Ümumi tədris yükü 32 saatdır. Hər təlim həftədə 2 dəfə olmaqla, hər təlim 2 saat tədris olunur. Yekun , 2 ay - 16 təlim üzrə 32 saat. 

Təlimin keçirilmə saatı: ümumi razılığı ilə iştirakçılara uyğun qrafik qrafiklə müəyyən olunur

Təlimin qiyməti: 
Proqram 1. Təlimin ümumi dəyəri (1 ay - 16 saat üzrə) – 1 iştirakçı üzrə 300 AZN (vergi daxil) 
Proqram 2. Təlimin ümumi dəyəri (2 ay - 32 saat üzrə) – 1 iştirakçı üzrə 600 AZN (vergi daxil) 

Ödənişlər – bağlanacaq “Təlim xidməti” müqaviləsi əsasında bank hesabına köçürmə ilə həyata keçirilir. ( və ya müəllimlərin özü tərəfindən ödənildikdə hər bir müəllimlə fərdi müqavilə bağlanır)

Ödənişə daxildir: 
  1. “İnternational Consulting Company” şirkətinin Sertifikatı 
  2. Təlim materialları (Müəllimlər tədris apara bilmələri üçün materiallar elektron formada təqdim olunacaq)
  3. Cofee break
  4. Təlim iştirakçılarının (müəllimlərin) imtahan nəticələri barəsində Univeristet və ya kollec  rəhbərliyinə hesabatın hazırlanması və təqdim olunması (Əgər imtahan keçirilməsini və hesabatın təqdim olunması rəhbərlik tərəfindən istənilərsə)
  5. Müəllimlərin tədris etdiyi fənlərə uyğun proqramların və ya (sillabusların) hazırlanmasına dəstəyin göstərilməsi 
Tədris dili: Azərbaycan dili 

Təlimin məzmunu və təlim proqramı:
Bank qanunvericiliyi və banklar üçün normativ sənədlər hesab olunan təlimatlar və prinsiplər əsasında pratik üslublu öyrədilməsi nəzərdə tutulmuşdur. 
Bu təlim proqramı tədris prosesində tətbiq olunması məqsədilə, bank əmliyyatları zamanı qanunvericilik prinsiplərinə riayət olunması, banklarda əməliyyatlar zamanı əməliyyat üçün zəruri olan sənədlərin hazırlanması, bank əməliyyatlarının aparılması mexanizmi  üzrə  bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.

 Yardımçı vasitələr: Elektron təqdimat və keyslər

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz