Ümumi Bank işi
Müraciət et

Ümumi Bank işi


Təlimin hədəfi:
1.Yeni işə götürülmüş işçilərin və ya bankda (BOKT-da) işə qəbul olmaq istəyən namizədlərin hazırlaması
2.Təcrübəli bank və BOKT işçilərinin bilik və bacarıqlarını təkminləşdirməsi 

Təlimin davametmə müddəti və təşkili:
Təlim müddəti 8 həftə (2 ay), ümumi tədris yükü 32 saatdır. Hər təlim həftədə 2 dəfə olmaqla, 4 saat tədris olunur.
 
Təlim iştirakçılarının sayı:
Təlimlər qrup şəkilində tədris olunur.
 
Təlimin qiyməti: Təlimin ümumi dəyəri (32 saat, 2 ay) üzrə, 520 AZN (vergi daxil)
 
Tədris dili: Azərbaycan dili

Təlimin məzmunu və təlim proqramı:

Bu təlimdə bank əmliyyatları zamanı qanunvericilik prinsiplərinə riayət olunması, banklarda əməliyyatlar zamanı əməliyyat üçün zəruri olan sənədlərin hazırlanması, əməliyyatlar üzrə tələb olunan sənədlərlə praktiki tanışlıq, banklarda və BOKT-larda əməliyyatların aparılması mexanizmi  üzrə  bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.
Təlim materialları banklarda və BOKT-lara  aid olan normativlərdən, prinsiplərdən, qanunvericilikdən və pratiki sənədlərdən hazırlanmışdır.
 
Təlimdə iştirakçılara aşağıdakı mövzular tədris oluncaq:

- Azərbaycan Respublikasının bank sistemi
- Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Banklar, BOKT-lar, Kredit İttifaqları haqqında
- Bankların və BOKT-ların təşkilati strukturu
- Bank xidmətləri və BOKT xidmətləri
- Qiymətli kağızlarla əməliyyatlar və qiymətli kağızların növləri
- Adlı, adsız, sənədli, sənədsiz qiymətli kağızlar. Qiymətli kağızların növləri (Səhm, istiqraz, veksel və s.) haqqında
- Bank əməliyyatları (aktiv, passiv və vasitəçilik)
- Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları
- Bank əmanətlərinin qəbulu və əmanətə fazilərin hesablanması və fazilərin ödənilməsi üsulları
- Banklarda kredit əməliyyatlarının aparılmasına dair normativ tələblər
- Məsuliyyətli borclanma və sağlam kreditləşmə
- Kredit işi
- Kredit mütəxəssisinin vəzifə öhdəlikləri
- Kreditin qiymətləndirilməsi
- Maliyyə təhlili
- Memorandumun hazırlanma prinsipləri
- Kreditin sənədləşməsi
- “Kredit müqaviləsi” tələbləri
- Kreditin təminatı – Girov, girovun növləri,“Girov əmanəti”
- Kreditin təminatı – İpoteka, sonrakı ipoteka, ipotekanın əlavə qeydiyyatı
- Bir borcalana və ya birgə borcalanlar qrupuna verilən kreditlər, aidiyyəti olan şəxslərlə əməliyyatlara dair tələblər
- Kreditin sənədləşdirilməsi
- Kreditə nəzarət (kreditin idarəedilməsi) və monitorinq
- Problemli kreditlərlə iş
- Banklarda ehtiyatların yaradılması (Aktivlərin təsnifləşdirilməsi) və BOKT-lərdə xüsusi ehtiyatların yaradılması
- Banklarda nağd əməliyyatlar (kassa xidməti)
- Banklarda nağdsız əməliyyatların aparılması və nağdsız hesablaşmalar
- Çirkli pulların yuylmasına qarşı mübarizə tədbirləri
- Pul köçürmələri
- Plastik kartlarla əməliyyatlar
- Valyuta rejimi
- Sənədli əməliyyatlar (Qarantiya, Akkreditivlər)
- Banklarda mühasibat uçotu
- Banklarda müştəri xidmətləri
 
Təlim materialları ödənişə daxildir.

Təlimə yazıl

Aşağıda qeyd olunan sahələri müvafiq ardıcıllıqda dolduraraq
təlimdən qeydiyyatdan keçə bilərsiniz