Ramin Səmədov

Səmədov Ramin Bəxtiyar oğlu – Texnika üzrə Fəlsəfə Doktoru, 15 ildən artıq İT sahəsi üzrə çalışır.

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsi olub. Bakalavr, maqistratura və doktorantura pilləsini uğurlu şəkildə məhz həmin Universitetdə başa vurub.

SQL ilə artıq Universitetin ikinci kursunda oxuyarkən tanış olub və həmin il SQL-lı bildiyinə görə professional karyerasına başlayıb. Azərbaycanın ən böyük İT sahələrində (Telecom, Bank və Processing), müxtəlif vəzifələrdə çalışıb. Ən iri Bank sistemləri sayılan Oracle Flexcube və Processing sistemi Tranzaxis TX miqrasiyalarında yaxından iştirak edib, uğurlu nəticə əldə edib.

Oracle verilənlər bazasının inzibatcılığını, PL/SQL proqramlaşdırma dilini və SQL sorğu dilini mükəmməl bildiyinə görə - Oracle verilənlər bazası üzrə ekspertdir. Bundan əlavə JAVA üzrə proqramlaşdırma ilə məşğuldur. Həmçinin Linux ƏS və Cloud texnologiyaları üzrə dərin billiklərə malikdir.

Hal-hazırda elmi-praktiki və innovativ fəaliyyətini davam etdirir. Bir neçə elmi əsərlərin müəllifidir və ölkəmizi bir necə xarici konfranslarda uğurla təmsil edib.
2021-ci ildən "International Consulting Company" şirkətinin təlimçisidir.