logo

Uğurlu inkişafın təminatçısı !

  • 012 408 78 49

  • office@icc.az

  • AGA Center, 6-cı mərtəbə, ofis 608

  • Bakı ş, Xocalı prospekti 55

Sualınız var ?

Hər hansı bir sual və ya təklifiniz varsa elə indi bizimlə asanlıqla əlaqə qura bilərsiniz.

ƏLAQƏ SAXLA

Anar V. Həsənov


Təlimçi

1984-cü ilin iyun ayında Ukraynada anadan olub.

Təhsili:

2001-2005 – ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “menecment” ixtisası üzrə təhsil almışdır.

2005-2007-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini “strateji idarəetmə” ixtisası üzrə bitirmişdir.

2014 -2017-ci illərdəAzərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “dövlət idarəçiliyi” ixtisası üzrə fəlsəfə doktorluğu (doktorant) elmi fəaliyyətini davam etdirmişdir.

Əmək fəaliyyəti:

2003 iyun – oktyabr - oktyabr “2003-2005-ci illər üzrə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramı” - Vəzifə: Fasilitator

2007 aprel – iyun - Müdafiə Sənayesi Nazirliyi. Sənayecihaz EİB. - Vəzifə: Marketinq şöbəsinin mütəxəssisi.

2008 oktyabr - 2010 aprel - Ukrayna Dövlət Nəqliyyat İnşaatı Korporasiyasının Azərbaycan Nümayəndəliyi Vəzifə: Marketinq və beynəlxalq əlaqələr bölməsinin meneceri.

2010 aprel- 2010 avqust - “VRC” qiymətləndirmə şirkəti. Vəzifə: Direktor.

2010 avqust - 2012 fevral - “BBS” təlim mərkəzi. Vəzifə: Direktor.

2012 fevral – 2016 yanvar - “BSBE” Baku School of Business and Economics - təlim mərkəzinin direktoru.

2014 aprel – 2017 noyabr - Azərbaycan Respublikası Prezidneti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. (ASAN XİDMƏT) İnsan resursları və təlim şöbəsi. Vəzifə: Məsləhətçi

2017 noyabr – hal-hazıra qədər - Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin direktoru.

Pedaqoji fəaliyyəti

2013 fevral - hal-hazıra qədər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim vəzifəsində çalışır.

10-dan artıq yerli və xarici elmi jurnallarda nəşr olunan məqalələrin müəllifidir.

30-dan artıq yerli və xarici təlim və ixtisasartırma kurslarında olub. Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxstan, Belorusiyada təlim və tədbirlərdə iştirak edib.

  • 2015-ci ilin mart ayında Türkiyənin Ankara şəhərində TODAİE-də “ASAN xidmət” modeli ilə bağlı təqdimat edib
  • 2015-ci ilin sentyabr ayında Belorusiyanın Minsk şəhərində “Azərbaycanda gənclər siyasəti” ilə bağlı məruzə ilə çıxış edib
  • 2016-cı ilin may ayında Qazaxstanın Astana şəhərində “Beynəlxalq İqtisadi Forum”da “ASAN xidmət” modelinin təqdimatını edib

2016-2017-ci illərdə UNDP və BMT-nin “Azərbaycanda dövlət qulluğuna dəstək” layihəsi çərçivəsində 4 təlim paketi hazırlayıb dövlət qulluqçularına keçib.

2016-cı ilin yanvar ayından hər həftə “ASAN Radio” 100 FM-də motivasiya dəqiqələri adı altında vətəndaşların maarifləndirilməsi üçün radio təlimlər keçir.

46 ölkəni özündə birləşdirən “Dövlət qulluğu üzrə Astana HUB”ının ekpertlərindən biridir.

Təltiflər

2002 -ci ildə “Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı”nın 10 illiyinə həsr edilmiş “QDİƏT – dünəni, bu günü və gələcəyi” mövzusunda 11 ölkə arasında esse müsabiqəsinin 3-cü yerinə sahib olub.